Müəssisənin fəaliyyətindən əldə olunan gəlirin yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldiyinə nəzarət etmək, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək, müəssisənin fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq etmək, təhsil sahəsində tətbiqi tədqiqatların aparılmasını, eləcə də innovativ fəaliyyəti stimullaşdıran qrant maliyyələşdirməsinin həyata keçirilməsini təşkil etmək, Elmi-Metodiki Şuranın tərkibini təsdiq etmək və müəssisənin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll etmək rektorun vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.