Nikah haqqında akt qeydinin 7-ci qrafasında iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Evlənən şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır. 8-ci və 9-cu qrafalarda nikaha daxil olan kişinin və qadının təhsilinə və ailə vəziyyətinə uyğun olan məlumatın altından xətt çəkilir. 10-cu qrafada evlənənlərin ümumi uşaqlarının soyadı və adı, habelə doğum tarixi göstərilir. Ümumi uşaqları olmadıqda onların hər ikisinə aid qrafada “yoxdur” sözü qeyd edilir. 11-ci qrafada yaşayış yerinin ünvanı, 12-ci qrafada isə şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.