Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürüb.
Heftelik.az-ın məlumatına görə, bu barədə jurnalist özünün sosial media hesabında bildirib.
Azər Rəşidoğlu yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacağını qeyd edib.
Qeyd edək ki, jurnalist Azər Rəşidoğlu bir müddət əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunub.