Onurğanın əyrilikləri (I mərhələ skolioz), o cümlədən osteoxondropatik kifoz (xəstəliyin son mərhələsi) və funksiyaların pozulması olmadan deformasiyaedici spondilyozun və fəqərələrarası osteoxondrozun təcrid olunmuş təzahürləri “c” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

I dərəcəli kifoz 31-40o hərbi xidmətə yararlıdır. Simptomsuz keçən fəqərələrarası osteoxondroz (Şmorli yırtığı) bu maddənin tətbiqi üçün əsas deyildir, hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.