İnşaat konstruksiyaları layihələndirilərkən elementlərin en kəsiklərinin aqressiv qazların, eləcə də maye və tozların səthdə yığılıb qalmasını aradan qaldıran və azaldan formaları nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

İnşaat konstruksiyalarının istehsalat prosesləri ilə bağlı yaranan istehsalat korroziyasından mühafizəsi layihələndirilərkən, qida məhsullarının, heyvan yemlərinin istehsalı və istifadəsində, eləcə də insan və heyvanların yerləşdiyi bina və məkanlarda qoruyucu materiallara sanitar-gigiyenik tələbləri və dezinfeksiyaedici maddələrin mümkün ola bilən aqressiv təsiri nəzərə alınmalıdır.