Tərkibində B qaz qrupuna uyğun konsentrasiyada kükürd dioksid və ya hidrogen sulfid olan zəif aqressiv mühitlərdə, eləcə də orta və güclü aqressiv mühitlərdə bina və qurğuların polad konstruksiyalarının 30XZMF “selekt” markalı yüksək möhkəmlikli polad bolt və 09Q2 markalı polad pərçim birləşmələrlə layihələndirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Açıq havadakı qurğular üçün polad kanatlardan konstruksiya elementləri layihələndirilərkən əlavə 11-də verilmiş tələblər nəzərə alınmalıdır.