Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Mənfəət vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.