Doğum haqqında akt qeydinin 14-1-ci qrafasında valideynlərin doğulduğu yer, 14-2-ci qrafada vətəndaşlığı, 14-3-cü qrafada isə şəxsiyyətlərini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
15-ci qrafada valideynlərin milliyyəti göstərilir. Milliyyəti təsdiq edən sənəd təqdim edilmədikdə “Məlumat təqdim edilməyib” sözləri yazılır. 16-cı qrafada valideynlərin yaşayış yerinin ünvanı əks olunur. 17-ci qrafada valideynlərin iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Valideynlər işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.