Ölüm haqqında akt qeydi tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
– 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır.
– 4-cü qrafada ölən şəxsin cinsi əks olunur.
– 5-ci qrafada ölən şəxsin milliyyəti, 5.1-ci qrafada vətəndaşlığı, 5.2-ci qrafada şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı göstərilir.
– 6-cı qrafada öldüyü gün, ay, il, 7-ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibbi sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır.
– 9-cu qrafada doğulduğu gün, ay, il və ölümün dövlət qeydiyyatı gününə tamam olmuş yaşı yazılır. 1 yaşadək uşağın ölümü qeyd edilərkən onun neçə gün və ay yaşadığı, həmçinin ananın neçənci uşağı olduğu və ananın yaşı göstərilir.
– 10-cu qrafada ölən şəxsin sonuncu yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.