Onurğanın patoloji dəyişikliklərinin xarakteri yük altında və funksional rentgenoloji müayinələr və digər müayinələrlə təsdiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Normada başı önə əyərkən VII boyun fəqərəsinin tinli çıxıntısı ilə ənsə sümüyünün qabarı arasındakı məsafə 3–4 sm artır, başı arxaya əyərkən isə 8–10 sm azalır. VII boyun və I oma fəqərələrinin tinli çıxıntıları arasındakı məsafə önə əyilmə zamanı adi duruşla müqayisədə 5–7 sm artır, arxaya əyildikdə isə 5–6 sm azalır.