Qruntlardakı konstruksiyalarda elektrokimyəvi qorunma izolyasiya örtükləri ilə birlikdə nəzərdə tutulmalıdır, maye mühitlərdə isə elektrokimyəvi qorunmanın III və IV qrup lak-boya materiallarla boyama ilə birlikdə nəzərdə tutulmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Polad konstruksiyaların elektrokimyəvi mühafizəsinin layihələndirilməsi ixtisaslaşmış təşkilat tərəfindən yerinə yetirilməlidir.