Rektor öz fəaliyyətini aşkarlıq, şəffaflıq, demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.

Rektor qəbul etdiyi qərarların müvafiq normativ-hüquqi aktlara uyğun olmasına görə məsuliyyət daşıyır.

Rektor bu Əsasnaməyə və ali təhsil müəssisəsinin (bundan sonra – müəssisə) nizamnaməsinə uyğun olaraq müəssisəyə cari rəhbərliyi həyata keçirir. Rektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını,  yaxud bələdiyyənin qərarlarını, bu Əsasnaməni və müəssisənin Nizamnaməsini rəhbər tutur.