Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.