Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.
Heftelik.az-ın məlumatınagörə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
“Biz danışmışdıq ki, müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlər var. Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması məsələsidir. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq”, – o bildirib.
Qeyd edək ki, Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişini imzalamaqla bağlı iki əsas şərtindən biridir. İkinci şərt isə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad edən Ermənistan Konstitusiyasına dəyişiklikdir.