ABŞ bir gündə min “qızıl kart” satıb və bundan 5 milyard dollar qazanıb.
Heftelik.az-ın xəbərinə görə, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.
Nazir deyib ki, öz sahibinə ABŞ-da yaşamaq icazəsi verən belə vizanın hər biri 5 milyon dollara başa gəlir.
Qeyd edək ki, ötən ay ABŞ Prezidenti Donald Tramp xarici investorlar üçün viza proqramının “qızıl kart”la əvəz edilməsi ideyasını təklif edib. Dəyəri 5 milyon dollar olan kart ABŞ vətəndaşlığına sürətli keçid təmin edəcək. Yeni proqram ABŞ-da iş yerləri yaradan və ya dəstəkləyən xarici investorlara yaşıl kartları təqdim edən hazırkı EB-5 viza proqramını əvəz etməlidir. “Qızıl kart” investorlara ABŞ-da daimi yaşayış yeri əldə etmək imkanı vermək məqsədi daşıyır.