Türkiyə millisinin UEFA Millətlər Liqası heyətində dəyişiklik olub.

Heftek.az xəbərinə görə, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Üç futbolçu heyətdən kənarlaşdırılıb. Mert Günok, Yunus Akgün və Kaan Ayhanzədə səbəbindən milli komandanın heyətindən çıxarılıb.

Vinçenzo Montella zədəli futbolçularının əvəzinə Rayyan Baniyanı heyətə cəlb edib.

Qeyd edək ki, Türkiyə – Macarıstan matçının (3:1) cavab oyunu sabah saat 21:00-da baş tutacaq.