Lənkəranda hosteldə meyit tapılıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nəsimi küçəsində yerləşən hosteldə qeydə alınıb.

Burada 61 yaşlı Ukrayna vətəndaşı Aleksandr Salovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumata görə, məhrum martın 1-də Lənkərana turist qismində gəlib.