Türkiyəli tanınmış aktrisa Filiz Akın vəfat edib.

Heftelik.az-ın məlumatına görə, Yeşilcam filmlərinin aktrisası uzun müddətdir müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Filiz Akın 1943-cü ildə Ankarada anadan olub. “YeşilÇam”ın sevilən ulduzu “Yumurcak”, “Karateci kız”, “Ankara Ekspresi”, “Acı Hayat” kimi bir çox məşhur filmdə rol alıb.

Yeşilcam filmləri xatırlanarkən Filiz Akının adı Hülya Koçyiğit, Türkan Şoray və Fatma Giriklə eyni sırada çəkilirdi.