İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb.

Heftelik.az  xəbər verir ki, bu barədə mətbuat xidməti məlumat yayıb.

Baş məşçi postuna İqor Tudor gətirilib.

Xorvatiyalı mütəxəssis ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, İqor Tudor daha əvvəl 2020/21 mövsümü ərzində “Yuventus”da köməkçi məşqçi vəzifəsində çalışmışdı.

İqor Tüdor 2016-2017-cı ildə Türkiyənin “Kardemir Karabükspor”, 2017-ci ildə “Qalatasaray” klublarının baş məşqçisi olub.