Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Heftelik.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin martın 23-nə olan bülletenində qeyd olunub.
Roma Papası bildirib ki,Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnundur: “Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”.