Türkiyə milli komandası UEFA Millətlər Liqasında pley-offda cavab qarşılaşmasında Macarıstanı məğlub edərək A liqasına yüksəlib.

Heftelik.az-ın məlumatına görə, Tükiyə millisinin heyətində hesabı 37-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu açıb.

Ki dəqiqə sonra Arda Güler fərqi 2 topa çatdırıb.

Oyunda son nöqtəni 90-cı dəqiqədə Abdülkerim Bardakcı qoyub.

Beləliklə, Türkiyə yığması səfərdə Macarıstanı məğlub edərək A Liqasına yüksəlib.