Türkiyə millisinin və İngiltərənin “Brayton” klubunun futbolçusu Ferdi Kadıoğlu sevgilisi Sera Vrijə evlilik təklif edib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Sən və mən, sonsuza qədər və həmişə…”, – deyə Ferdi paylaşımına yazıb.

Onların fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.

Qeyd edək ki, Ferdi kimi Hollandiyada anadan olan 28 yaşlı Sera gözəllik və kosmetika mərkəzinin sahibidir.