Bakıda bir həftə əvvəl itkin düşmüş yeniyetmələrdən ikisi tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,itkin kimi axtarılan 3 yeniyetmə qızdan ikisi tapılaraq ailəsinə təhvil verilib.

Digər yeniyetmənin axtarışı davam edir.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin martın 17-də itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onlarla bağlı axtarış elan edilib.