Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.

Restoran yanğından mühafizə olunub.

Qeyd edək ki, Xırdalandakı “PakFırın” restoranının tüstü bacasında yağ qalıqları yanğın təhlükəsinə səbəb olub.