Tovuzda dəm qazından zəhərlənmə olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.