Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə onun müşaviri Yuri Kuznetsov məlumat verib.

Qeyd edilib ki, Yevgeniya Aleksandrovna martın 25-dən 30-dək Beynəlxalq Jurnalistika Konqresinin dəvəti ilə İstanbula getməliydi: “Bundan başqa, Qaqauziya rəhbəri Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri müzakirə etməyi planlaşdırırdı”.

Moldovanın Milli Antikorrupsiya Mərkəzi Qutsulun Kişinyov hava limanında 72 saatlıq saxlandığını, bütün təfərrüatların çərşənbə günü açıqlanacağını bildirib.