Biləsuvarda intihar hadisəsi olub.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asıb.
Məlumata görə, onun 4 məktəbli övladı var.