Bakının Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairə ləğv edilir.

Heftelik.az-ın “Xəzər Xəbər”-ə istinadən verdiyi məlumata görə, dairənin yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Bundan sonra ərazidə tunelin tikintisinə mane olan “Şəki” restoranı və ona bitişik digər tikililər söküləcək.

Daha ətraflı videomaterialda: