Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən “Kervansaray” hotelində yanğın olub.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb.
Ölənlərin Xizək Peşəkarları Dərnəyinin prezidenti, Türkiyə milli xizək komandasının sabiq üzvü Yəhya Usta (57) və oğlu milli xizəkçi Berkin Usta (25) olduğu açıqlanıb.
Yanğında xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.