Kürdəmirdə 72 yaşlı motosikletçini avtomobil vuraraq öldürüb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Ramin Bayramovun idarə etdiyi “Changan” markalı minik avtomobili həmin yolda dönmə əməliyyatı zamanı eyni istiqmətdə hərəkət edən motosikletə çırpılıb.
Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Əkbərov Tahir Seyyid oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.