“Hyundai Motor”, “LG Electronics” və “Samsung Electronics” də daxil olmaqla Cənubi Koreyanın iri şirkətləri Rusiyaya qayıtmaq imkanlarını araşdırır.
Heftelik.az xəbər verir ki, bu barədə “The Korea Times” qəzeti məlumat yayıb.
Müzakirələrin Ukrayna ilə Rusiya arasında mümkün atəşkəs fonunda intensivləşdiyi vurğulanır. Qeyd edilib ki, böyük Koreya şirkətləri Rusiyada biznesini bərpa etmək üçün texniki-iqtisadi əsaslandırmalarını sürətləndirirlər.