Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

27 mart, saat 23.32

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.