Britaniya Kralı III Çarlz xərçəng xəstəliyi müalicəsinin “əlavə təsirləri” səbəbilə xəstəxanaya aparılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Buhinhem Sarayının mətbuat xidməti məlumat yayıb.

Xəstəxanaya yerləşdirmə ilə əlaqədar martın 27 və 28-nə planlaşdırılan bütün qəbullar ləğv edilib.

“Əlahəzrət baş verənlərdən narazı və ya məyus ola biləcək hər kəsdən üzr istərdi”, – mətbuat xidməti bildirib.

Lakin qısamüddətli müayinədən sonra monarx Londondakı iqamətgahı Klarens hausa buraxılıb.