Bir ay əvvəl evlərində ölü tapılan “Oskar” mükafatı laureatı Cin Hekmen və pianoçu həyat yoldaşı Betsi Arakavanın meyiti hələ də tibbi ekspertizasının morqunda saxlanılır.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, cütlüyün övladları cəsədləri götürməkdən imtina ediblər.
Aktyorun keçmiş həyat yoldaşı Faye Maltesedən olan qızları atalarının ölüm xəbərindən sonra birgə bəyanat yayaraq, bu itkidən məyus olduqlarını bildirmişdilər.
Qeyd edək ki, 95 yaşlı Hekmen və 65 yaşlı Arakava fevralın 26-da ABŞ-ın Santa-Fe şəhərindəki evlərində ölü tapılıb. Səlahiyyətlilər Arakavanın fevralın 11-də gəmiricilər tərəfindən ötürülən hantavirus xəstəliyindən öldüyünü açıqlayıb. Alzheimer xəstəsi olan Hekmenin isə bir həftə sonra öldüyü məlum olub. Cütlüyün itinin də aclıq və susuzluqdan öldüyü müəyyən edilib.