Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə France-Presse məlumat yayıb.

Zəlzələ nəticəsində 732 nəfər yaralanıb.

***

saat 15.07

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.

Heftelik.az-ın məlumatına görə, 200-ə qədər yaralı var.

Qonşu Tailandda isə 3 nəfər ölüb.

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.

***

saat 12.13

Bu gün yerli vaxtla saat 13.20-də Myanmada 7,9 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Çin Seysmoloji Xidməti məlumat yayıb.

Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb.

Ocağı Mandalay inzibati dairəsi yerləşən zəlzələ paytaxt Naypyida daxil olmaqla, ölkənin şimal və mərkəzi regionlarında dağıntılara yol açıb, çoxlu sayda bina çöküb.

Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub. Tailandın paytaxtı Banqkok çökən binanın dağıntıları altında ən azı 43 işçi qalıb.