Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib.

Heftelik.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yaralıların sayı  3400-ü ötüb.

Bu gün Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib.

***

saat 10.08

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

Heftelik.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13.20-də Myanmada 7,9 maqnitudalı zəlzələ olub. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb.