“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.

Bu barədə Heftelik.az-a Audiovizual Şuaradan məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcək.

Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Nigar Fərhad da sosial media hesabında açıqlama yayıb. Aparıcı efirdə fikirlərinin təhrif olunduğunu, özünün də atasız böyüdüyünü deyib:

“Birincisi, mənim hələ oğlum yoxdur. İnşallah, övladım olar və inşallah ki, oğluma şəhid qızı qismət olar. Mən fikrimi bildirərkən o mənada demişdim ki, bəzi analar sırf öz həzzinə görə ailəsini tərk edir, qızını atasız qoyur, həyat yoldaşını çətin anlarında yarı yolda buraxıb gedir və ona sahib çıxmır. Belə bir ananın qızını öz oğluma həyat yoldaşı olaraq qəbul etməzdim.
Lakin ümumiyyətlə, atasız böyüyən qızlar haqqında danışırıqsa, mən həmişə onların yanında olmuşam. Hətta mənim yanımda çalışan əməkdaşların 90%-i atasız böyümüş qızlardır. Yeri gəlmişkən, mən özüm də atasız böyümüş bir qızam. Sadəcə olaraq, efirə getməyən bəzi məqamlar olur və siz məhz müəyyən kadrları paylaşaraq kontekstdən çıxarılmış görüntü yaradırsınız”.