Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Heftelik.az-ın məlumatına görə, Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, cəsəddə hansısa iz aşkarlanmayıb.
Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
Bu faktı mərhumun qardaşı İsfəndiyar Bağırov da təsdiqləyib.
***
saat 19.17
Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.
Belə ki 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır.