YPX inspektoru diplomatik immunitetə malik şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.  Əgər həmin şəxs müayinəyə etiraz edərsə, YPX inspektoru sürücünü nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırır. Bu halda, müvafiq sənədləşdirmə aparılır və nəqliyyat vasitəsi diplomatik nümayəndəliyə təhvil verilir. Növbətçi hissəyə bu barədə məlumat verilir.