Baş mühəndis xalq təsərrüfatlarının və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələri bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş mühəndis tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini; bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini; iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini; podrat müqavilələrinin bağlanma və icra qaydalarını; təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; mülki və əmək qanunçuluğunun əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını bilməlidir.