İki patrul avtomobili ilə müşayiət zamanı biri aparıcı, digəri isə arxa patrul avtomobili olaraq hərəkət edir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Arxa avtomobil mütəşəkkil dəstənin hərəkətinə maneə yaratmamağa kömək edir. Təhlükəsiz hərəkət üçün hər iki avtomobil uyğun şəkildə mövqeyini saxlamalıdır. Müşayiət olunmuş dəstənin hərəkətinə heç bir təhlükə yaranmamalıdır.
