İnşaat laboratoriyalarının rəisi tikinti quraşdırma işlərinin və tikintiyə daxil olan material, konstruksiya və məmulatların keyfiyyətinə nəzarət təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda inşaat laboratoriyalarının rəisi tikintinin keyfiyyətinin yüksəldilməsi, qış vaxtı tikinti-quraşdırma işlərinin aparılması, yazda, donun açıldığı dövründə tikiləcək obyektlərin hazırlanması üzrə tədbirlərin işlənib hazırlanması və tətbiqində iştirak edir. Trestin yardımçı müəssisələri üçün beton, tikinti məhlulu, mastika, boyaq maddələri və digər materialların hazırlanması üzrə respeturanın tərtib edilməsini təmin edir. Yardımçı müəssisələrin istehsal etdiyi tikinti material, konstruksiya və detalların keyfiyyətinə nəzarəti təşkil edir. Kənar, mal göndərən təşkilatlardan daxil olan material konstruksiya və detalların keyfiyyətinin standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.