Böyük iş icraçısı (sahə rəisi) başa çatmış ayrı-ayrı mərhələ və iş komplekslərini sifarişçiyə təhvil verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda böyük iş icraçısı (sahə rəisi) obyektlərin istismara verilməsində iştirak edir. Əmək haqqı fondunun istifadə olunmasına nəzarət edir, icra olunmuş işlərin naryadlarını razılaşdırır. Mexanizasiya, nəqliyyat, materiallara və digər məqsədlərə sərf edilmiş xərclərə nəzarəti təşkil edir. Sahə işçilərinin seçilməsi, yerləşdirilməsi və onlardan məqsədəuyğun istifadə edilməsi işini yerinə yetirir. Briqadaların say və peşə-ixtisas tərkibinin komplektləşdirilməsi üzrə işdə iştirak edir. Sahədə iş yerlərinin attestasiyası üzrə komissiyanın işini təşkil edir. Texnoloji ləvazimat, mühafizəedici vasitələrin və sanitar-məişət binaların, eləcə də tikinti maşın və mexanizmlərinin, enerji qurğularının, nəqliyyat vasitələrinin təyinatına uyğun istifadə edilməsini təşkil edir.

Sahə anbarı və alətlər təsərrüfatını təşkil edir. Fəhlələrin vaxtlı-vaxtında ixtisaslarını artırmaq və eləcə də əməyin təhlükəsiz metodlarına aid biliklərini yoxlamaq üçün müvafiq istehsalat və tədris ocaqlarına göndərir.