Markşeyder İŞLƏRİ

01 Aprel 2025, 01:13

Baş markşeyderin vəzifə borcu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş markşeyder markşeyder işlərinin icrasına, yeraltı və açıq dağ-mədən süxurlarında, filiz mədənləri və tikinti meydançalarında plana alma (çəkiliş) və ölçülmə işlərinə rəhbərlik edir. Yeraltı markşeyder çəklişlərinin istiqamətləndirilməsində, yüksəklik nöqtələrinin köçürülməsində, qazmaların dəqiq (məsul) görüşməsinin layihələndirilməsində, dağ-mədən qazmalarının qarşılıqlı quyularla (“zaboy”) aparılmasında, qaldırıcı komplektlərin həndəsi sxemlərinin və şaxta divar və gövdə keçiricilərin, şaquliliyinin yoxlanmasında iştirak edir. Dağ-mədən qazmalarının verilmiş (düzgün) istiqamətdə aparılmasını təmin edir.