Xalq artisti Emin Ağalarov sosial media hesabında ona ünvanlanan sualları cavablayıb.
Heftelik.az-ın Axşam.az-a istinadla verdiyi məlumata görə, ifaçı əkizləri Əli və Mikayılın hansı peşəni seçəklərinə aydınlıq gətirib.
“Hələ belə bir seçim etməyiblər. Hazırda təhsil alırlar, xarici dil öyrənirlər. Onlara məsləhət görmüşəm ki, makro-mikroekonomika, menecment, maliyə və biznes sahələri üzrə kurslara yazılsınlar. Çünki gələcəkdə onlara faydalı ola bilər” deyə, o, bildirib.
Qeyd edək ki, Eminin Əminə və Afina adlı iki qız da övladı var.