Patrul postları və marşrutları, operativ şərait və qəzalılıq vəziyyəti əsasında hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Dislokasiya, idarə və müəssisələrin, təhsil ocaqlarının, ticarət mərkəzlərinin iş rejimi də nəzərə alınaraq təşkil olunur. Hər bir post və marşrutun sayı isə, müvafiq normativlərə uyğun müəyyən edilir. Bu məlumatlar “Post cədvəli kitabı”nda qeydə alınır və müvafiq orqanlara göndərilir.