Alay və bölük komandirləri, müavinləri tərəfindən rübdə ən azı bir dəfə BDYPİ rəhbərliyi tərəfindən xidmətin yoxlanması həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Yoxlama, xidməti tapşırıqlara əsasən gizli və ya aşkar şəkildə baş verir. Bu yoxlamalar, xidmətin təşkilinin düzgünlüyünü və əməliyyatın yerinə yetirilməsini təmin edir. Yoxlama nəticələri müvafiq şəkildə müzakirə edilir və təhlil olunur.