Yol hərəkəti qayda pozuntularını qeydə alan texniki vasitələr yalnız müvafiq təlimata uyğun istifadə oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnaməsi keçmiş cihazların tətbiqi qadağandır. Nəqliyyat vasitələrinin şüşələrinin işıqburaxma qabiliyyəti və çirkləndirici maddə miqdarını ölçən qurğular da bu qaydalara tabe olmalıdır. Bu cür texniki vasitələr yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edilir.