ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.
Heftelik.az-ın məlumatına görə, bu haqda Ağ Evin mətbuat katibi Karolayn Leavitt bildirib.
O, səfərin konkret təfərrüatları və tarixinin daha sonra açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ilk xarici səfərinin Səudiyyə Ərəbistanına edəcəyini təsdiqləyib. Siyasətçinin sözlərinə görə, onun səfəri apreldə və ya “bir az sonra” baş tuta bilər. Tramp Yaxın Şərqin digər ölkələrinə, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırdığını qeyd edib.
Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə də ilk səfəri məhz Səudiyyə Ərəbistanına olub. Donald Tramp son açıqlamalarında Səudiyyə Ərəbistanı ABŞ-a 1 trilyon dollar sərmayə qoymağa razılaşarsa, yenə də ilk səfərinin bu ölkəyə olacağını bildirmişdi.