Vergi nəzarətini həyata keçirmək məqsədi ilə mütəxəssislərin, ekspertlərin, tərcüməçilərin və müşahidəçilərin dəvət edilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək və vergi ödəyicilərindən və ya sığortaedənlərdən, yaxud sığortalıdan vergi qanunvericiliyinin və ya sosial sığorta və ya işsizlikdən sığorta haqqında qanunvericiliyin, yaxud tibbi sığorta qanunvericiliyinin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması hallarının aradan qaldırılmasını tələb etmək səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.